Vətənim Media xəbər verir ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda “Komo” doğma meydanda “Mançester Yunayted”ə 4:1 hesabı ilə qalib gəlib. İtaliya təmsilçisi Niko Pasın dublu ilə hesabı açıb. Anastasios Duvikas və Xakobo Ramon da fərqlənib. İngiltərə klubunun yeganə qolunu Coşua Zirkze vurub.
Çempionlar Liqasında ilk mövsümünü keçirən “Komo” turnirdə ikinci qələbəsini qazanıb və 6 xalla altıncı pillədə qərarlaşıb. Üç xalı olan “Mançester Yunayted” 20-cidir. İngiltərə klubu 24 ildən sonra ilk dəfə turnirin debütantına üç və ya daha çox top fərqi ilə uduzub.
Əsas mənbə: APA
