Efiopiyada dron zərbəsi: iki uşaq daxil olmaqla dörd nəfər həlak olub

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Efiopiyada dron zərbəsi: iki uşaq daxil olmaqla dörd nəfər həlak olub

Vətənim Media xəbər verir ki, Efiopiyanın Tiqray bölgəsində dron zərbəsi nəticəsində azı dörd nəfər ölüb, beş nəfər yaralanıb. AFP-nin məlumatına görə, hadisə oktyabrın 20-də axşam Finarva yaşayış məntəqəsində baş verib.

Yerli din xadimi zərbənin keçiləri avtomobilə yükləyən tacirlərə endirildiyini bildirib. Onun sözlərinə görə, ölənlərdən ikisi uşaqdır. Başqa bir sakin də tələfat barədə məlumatı təsdiqləyib və təcili yardım avtomobilinin olmamasının yaralıların xəstəxanaya çatdırılmasını çətinləşdirdiyini deyib. AFP məlumatı müstəqil şəkildə təsdiqləyə bilməyib; Efiopiya federal ordusunun nümayəndəsi agentliyin sorğusuna cavab verməyib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗