Vətənim Media xəbər verir ki, oktyabrın 22-də Xətai və Nəsimi rayonlarının bəzi ərazilərində qaz təchizatında fasilə olacaq. “Azəriqaz” İstehsalat Birliyinin məlumatına görə, fasilə saat 10:00-dan təmir işləri yekunlaşanadək davam edəcək.
Xətai rayonunda Gəncə prospekti və M.Hadi küçəsi, Nəsimi rayonunda isə Mir Cəlal, A. Məhərrəmov, 20 Yanvar və Cavadxan küçələri qazsız qalacaq. İşlər qaz sızmasının aradan qaldırılması və təmir-quraşdırma ilə əlaqədardır.
Əsas mənbə: APA
