Vətənim Media xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə diplomatik danışıqları bərpa etməyə hazır olduqlarını bildirib. APA-nın Tehran bürosunun məlumatına görə, Əraqçi “X” platformasındakı paylaşımında Vaşinqtonun etimadın bərpasına və ədalətli razılaşmaya səmimi yanaşdığına dair ciddi sübutlar görəcəkləri halda diplomatiyaya yenidən şans verəcəklərini deyib.
Əraqçi ABŞ-ni hərbi qarşıdurma yolunu seçməməyə çağırıb. O bildirib ki, Vaşinqton diplomatiya əvəzinə müharibəyə üstünlük versə, ABŞ əvvəlkilərdən daha böyük miqyasda strateji məğlubiyyətə uğrayacaq.
Əsas mənbə: APA
