Vətənim Media xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 21-də Özbəkistanın Səmərqənd şəhərində “Əbədi şəhər” kompleksi ilə tanış olub. APA-nın məlumatına görə, o, kompleksə Ümumdünya Sammitinin və Uşaq Onkologiyası üzrə İkinci Beynəlxalq Konqresin qonaqları ilə birlikdə baş çəkib.
Tanışlıq zamanı Leyla Əliyeva Özbəkistanın birinci xanımı Ziroat Mirziyoyeva, Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavini Dilrabo Mansuri ilə söhbət edib. Onlar xatirə şəkilləri çəkdiriblər.
Əsas mənbə: APA
