Vətənim Media xəbər verir ki, Bakı Ali Neft Məktəbində (BANM) Elm və təhsil naziri Emin Əmrullayev SABAH proqramının I və II kurs tələbələri ilə görüşüb. BANM-ın rektoru Elmar Qasımovun bildirdiyinə görə, ali məktəbdə hazırda 335 SABAH tələbəsi oxuyur və proqram çərçivəsində ilk dəfə doktorantura təhsilinə başlanılıb.
Emin Əmrullayev SABAH qruplarının istedadlı tələbələrə keyfiyyətli təhsil imkanı yaratmaq və ali məktəblərdə rəqabəti gücləndirmək məqsədi daşıdığını deyib. Görüş sual-cavab formatında davam edib, tələbələrin fikir və təklifləri dinlənilib.
Əsas mənbə: APA
