Vətənim Media xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, “Asaval-Dasavali” qəzetinin jurnalisti Dito Çubinidze Gürcüstanda dövlətə xəyanət və təxribat ittihamı ilə saxlanılıb. Bu barədə Gürcüstan Baş Prokurorluğunda keçirilən brifinqdə bildirilib.
Baş Prokurorluğun məlumatına görə, Çubinidze 2026-cı ilin fevralından müxtəlif media vasitələri və sosial platformalar üzərindən yalan məlumatlar və dezinformasiya yayıb. O, uydurma faktlara əsaslanaraq, Gürcüstanın baş nazirinin qonşu dövlətlə gizli razılaşma bağlayıb “Keşikçidağ” (David Qareci) monastır kompleksinin bir hissəsini Azərbaycana verdiyini iddia edib. İttihamla bağlı dörd ilədək həbs cəzası nəzərdə tutulur.
Baş Prokurorluq qanunla müəyyən edilmiş müddətdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edəcəyini bildirib.
Əsas mənbə: APA
