Sabah Bakıda yağış, rayonlarda isə güclü yağıntı və dolu gözlənilir

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Sabah Bakıda yağış, rayonlarda isə güclü yağıntı və dolu gözlənilir

Vətənim Media xəbər verir ki, oktyabrın 23-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə temperatur 15-17, gündüz isə 19-21 dərəcə isti olacaq.

Rayonlarda fasilələrlə yağış yağacağı, bəzi yerlərdə yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı və dolu düşəcəyi gözlənilir. Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam qərb rayonlarında yağıntı tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗