Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib: ölkənin yeni Konstitusiya layihəsi yaxın vaxtlarda dərc olunacaq, ardınca ictimai müzakirələr keçiriləcək və sənəd parlamentə təqdim ediləcək.
Paşinyan müxalifəti layihənin Ermənistan dövlətinin mövcudluğunun təmin edilməsi baxımından vacib olduğuna inandırmağa çalışacaqlarını deyib. Bunun nəticə verməyəcəyi halda, növbədənkənar seçkilər də daxil olmaqla, başqa ssenariləri nəzərdən keçirəcəklərini qeyd edib.
Əsas mənbə: APA
