Çin şirkəti Azərbaycanda günəş və dəniz külək enerjisi layihələrini irəlilətmək istəyir

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Çin şirkəti Azərbaycanda günəş və dəniz külək enerjisi layihələrini irəlilətmək istəyir

Vətənim Media xəbər verir ki, energetika naziri Pərviz Şahbazov “China Datang Overseas Investment Co., Ltd.” şirkətinin İdarə Heyətinin sədri Zhao Yonglinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Energetika Nazirliyinin APA-Economics-ə verdiyi məlumata görə, tərəflər Azərbaycanda 100 meqavat gücündə günəş elektrik stansiyasının icra vəziyyətini və ilkin mərhələdə 200 meqavatlıq dəniz külək elektrik stansiyasının yaradılması imkanlarını müzakirə ediblər.

Görüşdə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin bərpa olunan enerjinin istehsalı və ixracını genişləndirmək imkanları da nəzərdən keçirilib. Şirkət günəş və dəniz külək enerjisi layihələri üzrə işi irəlilətməyə, həmçinin dəhlizdə iştirak imkanlarını araşdırmağa hazır olduğunu bildirib. Tərəflər enerji sahəsində kadr hazırlığı və texniki təcrübə mübadiləsi üzrə əməkdaşlığın davamını da müzakirə ediblər.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗