Vətənim Media xəbər verir ki, Reuters ABŞ Maliyyə Nazirliyinin Venesuelanı investisiyalara ciddi məhdudiyyət tətbiq edilən ölkələr siyahısından çıxarmağı nəzərdə tutan sərəncam layihəsi hazırladığını bildirib.
2025-ci ilin dekabrından qüvvədə olan qaydalara əsasən, ABŞ şirkətləri yarımkeçiricilər, süni intellekt, superkompüterlər və hipersəs sistemləri kimi sahələrə investisiya yatırmaq üçün administrasiyadan icazə almalıdır. Siyahıda hazırda Rusiya, Venesuela, İran, Çin, Şimali Koreya və Kuba yer alır. Nazirlik layihə ilə bağlı təklifləri dekabrın 7-dək nəzərdən keçirəcək. Venesuelanın siyahıdan çıxarılması həmin məhdudiyyətlərin böyük hissəsinin ləğvinə səbəb ola bilər.
Əsas mənbə: APA
