Vətənim Media xəbər verir ki, Çinin Tibet bölgəsində oktyabrın 22-də baş verən 7 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb, 46 nəfər xəsarət alıb. Çin Mərkəzi Televiziyasının məlumatına görə, yaralılardan 11-nin vəziyyəti ağırdır.
Zəlzələ nəticəsində təxminən 340 ev dağılıb və ya zədələnib. Xilasedicilər hadisə bölgəsində işləyir, zərərin miqyası qiymətləndirilir.
Əsas mənbə: APA
