ABŞ “Phillips 66” zavoduna 400 min barelədək neft ayıracaq

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
ABŞ “Phillips 66” zavoduna 400 min barelədək neft ayıracaq

Vətənim Media xəbər verir ki, ABŞ Energetika Nazirliyi neft tədarükündə yaranan fasilələri aradan qaldırmaq üçün strateji ehtiyatlardan 400 min barelədək neftin ayrılmasına icazə verib. APA-nın məlumatına görə, qərar Luizianadakı “Phillips 66” neft emalı zavodunun tədarükündəki problemlərlə bağlıdır. Neft “West Hackberry” strateji anbarından götürüləcək.

Müqaviləyə əsasən, şirkət aldığı nefti sonradan daha böyük həcmdə ehtiyata qaytarmalıdır. ABŞ-ın strateji ehtiyatında hazırda təxminən 282,7 milyon barel neft var. Bu, 1982-ci ilin oktyabrından bəri qeydə alınan ən aşağı göstəricidir.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗