Vətənim Media xəbər verir ki, “SOCAR Petroleum” şimal rayonlarında yanacaqdoldurma məntəqələrinə yanacağın verilməsinin dayandırılması barədə yayılan məlumatları təkzib edib. Şirkət “APA-Economics”ə bildirib ki, Xaçmaz Neft Terminalı Bazasında kifayət qədər yanacaq ehtiyatı var.
Quba, Xaçmaz, Xudat, Qusar, Şabran və Siyəzəndəki məntəqələr adi iş rejimində, fasiləsiz yanacaqla təmin olunur. Şirkətin açıqlamasına görə, təchizatda gecikmə və ya çatışmazlıq yoxdur; yanacaq verilişinin dayandırılması və ya məhdudlaşdırılması barədə iddialar əsassızdır.
Əsas mənbə: APA
