Vətənim Media xəbər verir ki, Dubaydan Moskvanın Domodedovo hava limanına uçan Airbus A380 təyyarəsi Penza vilayəti üzərində dövrə vurur. APA-nın Rusiya bürosu bu barədə yerli KİV-ə istinadən məlumat yayıb.
Məlumata görə, Moskvanın hava məkanı bağlanıb və şəhərin hava limanlarında uçuş-enmə məhdudiyyətləri tətbiq olunub. Bu addım Moskva aeroportlarının dronlarla hədəfə alınmasından sonra atılıb.
Əsas mənbə: APA
