Vətənim Media xəbər verir ki, Salyanın Qırxçıraq kəndi ərazisində oktyabrın 23-də “BMW” və “VAZ” markalı avtomobillər toqquşub. Qəza nəticəsində Neftçala sakini, 68 yaşlı Umudvar Məlikov ölüb.
Xəsarət alan dörd nəfər — Neftçala sakinləri 1954-cü il təvəllüdlü Atakişi Hüseynov, 1957-ci il təvəllüdlü Mələysuma Hüseynova və 1981-ci il təvəllüdlü Günel Məlikova, eləcə də Salyan sakini, 2004-cü il təvəllüdlü Nurlan Məmmədov xəstəxanaya yerləşdirilib. TƏBİB-in məlumatına görə, onların müalicəsi davam edir. İki nəfərin vəziyyəti stabil, digər iki nəfərin vəziyyəti orta ağır qiymətləndirilir.
Əsas mənbə: APA



