Vətənim Media xəbər verir ki, “SpaceX” şirkətinin rəhbəri İlon Mask Ukrayna ordusunun Starlink xidmətindən istifadə imkanlarının məhdudlaşdırıldığını bildirib. APA-nın məlumatına görə, Mask bunu “X” hesabında yazıb.
Mask Ukrayna ordusunun Starlink-dən hücum dronlarını idarə etmək üçün istifadə etdiyini iddia edib. O, bu imkanın ötən həftə söndürüldüyünü və “boşluğun” aradan qaldırıldığını qeyd edib. Ukrayna oktyabrın 24-də Starlink və “Starshield” sistemlərinin fəaliyyətinin məhdudiyyətlərdən əvvəlki səviyyəyə qayıtdığını açıqlamışdı.
Əsas mənbə: APA
