Euronews: AQEM regional dialoqu praktik əməkdaşlığa çevirməyə çalışır

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Euronews: AQEM regional dialoqu praktik əməkdaşlığa çevirməyə çalışır

Vətənim Media xəbər verir ki, APA-nın “Euronews”un hazırladığı materiala istinadən yaydığı təhlildə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) üzv dövlətlərinin regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və ortaq problemləri müzakirə etdiyi bildirilir.

Materialda qeyd olunur ki, 28 üzvü olan AQEM otuz ildən artıqdır müxtəlif siyasi və iqtisadi prioritetlərə malik ölkələr arasında dialoq platforması rolunu oynayır. Azərbaycanın 2024-cü ildə sədrliyə başlamasından sonra təşkilatın institusional strukturunun möhkəmləndirilməsi və əməkdaşlığın praktik xarakter alması müzakirələrin əsas istiqamətlərindən olub.

Miqrasiya, iqlim dəyişikliyi və süni intellektlə yanaşı, maliyyə, təhsil və biznes məsələləri də gündəmə gətirilib. “Euronews”un materialında AQEM qarşısında duran əsas vəzifənin müzakirələri uzunmüddətli və səmərəli əməkdaşlığa çevirmək olduğu vurğulanır.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗