Husilər ər-Riyaddakı Kral Xalid hava limanını hərbi hədəf elan edib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Husilər ər-Riyaddakı Kral Xalid hava limanını hərbi hədəf elan edib

Vətənim Media xəbər verir ki, Yəmənin “Ənsar Allah” hərəkatının hərbi nümayəndəsi Yəhya Səriya Səudiyyə Ərəbistanındakı Kral Xalid adına hava limanını hərbi hədəf elan edib. APA-nın məlumatına görə, o, hava limanından istifadə etməyin təhlükəli olduğunu bildirib.

Səriya aviaşirkətləri, onların əməkdaşlarını və sərnişinləri hava limanından istifadə etməməyə çağırıb. O, hava limanının fəaliyyətini davam etdirməsinə görə məsuliyyəti Səudiyyə Ərəbistanının üzərinə qoyub.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗