İsrail ordusu seçki ərəfəsində hazırlığını ən yüksək səviyyəyə qaldırıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
İsrail ordusu seçki ərəfəsində hazırlığını ən yüksək səviyyəyə qaldırıb

Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, İsrail ordusu oktyabrın 27-də keçiriləcək seçkilər öncəsi hazırlıq səviyyəsini ən yüksək həddə çatdırıb və ölkənin müxtəlif bölgələrinə on minlərlə hərbçi yerləşdirib.

Qəzza zolağı, Livan sərhədi, İordan çayının qərb sahili və Qüds ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Ordunun açıqlamasına görə, İran və ya Livandan mümkün raket hücumlarına qarşı hava hücumundan müdafiə sistemlərinin hazırlığı da artırılıb.

Ordunun bildirdiyinə görə, seçki günü bütün quru keçid məntəqələri bağlanacaq. Ölkənin şimal və mərkəzi hissələrində mümkün gözlənilməz hücumlara qarşı hərbi təlimlər keçiriləcək.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗