Vətənim Media xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi Rəhimov Emin Qoşqar oğlu və Cəfərov Elmar Şücaət oğlu barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. APA-nın məlumatına görə, onlar Xətai rayonunda restoranda baş verən qətldə təqsirləndirilirlər.
İstintaqın məlumatına görə, qətldə şübhəli bilinən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə istintaq qrupu hadisə ilə əlaqədar daha 11 nəfəri də həbs edib. Cinayət işi üzrə istintaq davam edir.
Əsas mənbə: APA
