Vətənim Media xəbər verir ki, Qazaxda su qızdırıcısının partlaması nəticəsində 36 yaşlı kişi yanıq xəsarətləri alıb. APA-nın yerli bürosunun məlumatına görə, rayon sakini M.Məmmədov xəstəxanaya yerləşdirilib.
Hadisə kişinin yaşadığı evin hamamında su qızdırıcısını yandırarkən baş verib. Hər iki əlindən yanıq xəsarəti alan şəxsin vəziyyəti orta ağır qiymətləndirilir.
Əsas mənbə: APA
