Vətənim Media xəbər verir ki, Azərbaycandan humanitar yardım çərçivəsində göndərilən, ümumi dəyəri 1,5 milyon ABŞ dolları olan enerji avadanlıqları Ukraynanın Energetika Nazirliyinə təhvil verilib. Bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev məlumat yayıb.
Yardım çərçivəsində Ukraynaya 9 transformator, 186 kilometr kabel və 12 kilovoltluq paylayıcı qurğular təqdim olunub. Avadanlıqlar Prezidentin müvafiq sərəncamına uyğun göndərilib və onları Ukrayna tərəfinə Azərbaycanın bu ölkədəki səfirliyi təhvil verib.
Əsas mənbə: APA
