Vətənim Media xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski oktyabrın 31-də Türkiyəyə gedəcək. Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Burhanettin Duran bu barədə “X” hesabında məlumat verib.
Duranın bildirdiyinə görə, görüşlərdə ikitərəfli əlaqələr, Rusiya-Ukrayna müharibəsi və Qara dənizdəki təhlükəsizlik vəziyyəti müzakirə olunacaq. Tərəflər fikir mübadiləsi aparacaq regional və beynəlxalq məsələlər də gündəmdə olacaq.
Əsas mənbə: APA
