Vətənim Media xəbər verir ki, Mingəçevirdə bıçaq xəsarəti alan şəxs xəstəxanada həyatını itirib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Günəşli yaşayış massivindəki fərdi təsərrüfatlardan birində baş verib. 1984-cü il təvəllüdlü şəhər sakini ürək nahiyəsindən yaralanaraq xəstəxanaya yerləşdirilib. Tibbi yardıma baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisənin başvermə şəraiti araşdırılır.
Əsas mənbə: APA
