“Eternity-2026” təlimində müşahidəçilər bölmələrin fəaliyyətini izləyib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
“Eternity-2026” təlimində müşahidəçilər bölmələrin fəaliyyətini izləyib

Vətənim Media xəbər verir ki, Azərbaycan, Gürcüstan və Türkiyə nümayəndələrinin iştirakı ilə keçirilən “Eternity-2026” birgə komanda-qərargah təliminin Yüksək Səviyyəli Müşahidəçi Günü baş tutub. Müdafiə Nazirliyinin APA-ya verdiyi məlumata görə, müşahidəçilər təlim poliqonunda enerji daşınması üzrə kritik infrastrukturun mühafizəsi və müdafiəsi, eləcə də ehtimal olunan təhdidlərə qarşı bölmələrin fəaliyyətini izləyiblər. Onlar tapşırıqların icrasını və iştirakçıların peşəkarlığını yüksək qiymətləndiriblər.

Təlimin yekunlaşması münasibətilə Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində bağlanış mərasimi keçirilib. Çıxış edənlər birgə əməkdaşlığın və təlimdə əldə olunan biliklərlə təcrübənin regional tərəfdaşlığa və birgə fəaliyyət qabiliyyətinə töhfəsini vurğulayıblar. Sonda iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗