Vətənim Media xəbər verir ki, Tovuz rayonunun Vahidli kəndində sel sularının toplandığı ərazidə torpaq sürüşməsi baş verir. APA-nın yerli bürosunun məlumatına görə, sürüşmə kəndin iki hissəsini birləşdirən yolda qeydə alınıb. Həmin yol qəbiristanlığa və digər yaşayış ərazilərinə aparır.
Yolun bir neçə yerində çatlar yaranıb. Tovuz Rayon İcra Hakimiyyəti problemin aradan qaldırılması istiqamətində addımlar atılacağını bildirib.
Əsas mənbə: APA
