Vətənim Media xəbər verir ki, Nizami rayonunda toy məclislərinə qatılan qonaqların telefonlarını oğurlayan şəxs saxlanılıb. APA-nın məlumatına görə, əvvəllər məhkum olunmuş M. Rəhmanov restoranlarda masaları müşahidə edib, qonaqlar rəqs etmək üçün uzaqlaşanda telefonları götürüb.
Araşdırma zamanı onun iki nəfərə məxsus, ümumi dəyəri 3 300 manat olan telefonları oğurladığı və hər ikisini birlikdə 710 manata satdığı müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə M. Rəhmanov həbs edilib.
Əsas mənbə: APA
