Batumi stadionunda insident: 3 polis xəsarət alıb, 16 azarkeş saxlanılıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Batumi stadionunda insident: 3 polis xəsarət alıb, 16 azarkeş saxlanılıb

Vətənim Media xəbər verir ki, Batumidə “Beşiktaş” və “Hapoel Beer-Sheva” komandalarının oyunu zamanı Türkiyə klubunun azarkeşləri ilə polis arasında qarşıdurma olub. APA-nın Gürcüstan Daxili İşlər Nazirliyinə istinadən yaydığı məlumata görə, 3 polis əməkdaşı xəsarət alıb, 16 nəfər saxlanılıb.

Nazirlik bildirib ki, bəzi azarkeşlər stadionun oturacaqlarına ziyan vuraraq onları polisə atıblar. İctimai təhlükəsizliyi təmin etmək üçün polis xüsusi vasitələrdən istifadə edib. Qarşılaşma insidentlərə görə təxminən 30 dəqiqə dayandırılıb, daha sonra bərpa olunub və “Beşiktaş” 2:1 hesabı ilə qalib gəlib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗