“Sabah” – “Barselona” oyunu zamanı polis və Daxili Qoşunlar gücləndirilmiş rejimdə xidmət edib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
“Sabah” – “Barselona” oyunu zamanı polis və Daxili Qoşunlar gücləndirilmiş rejimdə xidmət edib

Vətənim Media xəbər verir ki, UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirilən “Sabah” – “Barselona” matçının təhlükəsizliyini təmin etmək üçün polis və Daxili Qoşunların hərbi qulluqçuları gücləndirilmiş rejimdə xidmət aparıblar.

APA-nın məlumatına görə, stadionda və ətraf ərazilərdə azarkeşlərin giriş-çıxışı, təhlükəsiz gediş-gəlişi və ictimai asayişin qorunması üçün tədbirlər görülüb. Nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək və sıxlığın qarşısını almaq məqsədilə əlavə polis naryadları da xidmətə cəlb edilib.

Təhlükəsizlik tədbirlərinin oyun başa çatana və azarkeşlər evlərinə çatana qədər davam etdiriləcəyi bildirilib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗