Vətənim Media xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, Batumidə “Beşiktaş” və “Hapoel Beer-Sheva” arasında keçirilən oyun zamanı baş verən qarşıdurmadan sonra saxlanılan 16 azarkeş sərbəst buraxılıb. Onların Gürcüstanla aparılan danışıqlardan sonra azad edildiyi bildirilir.
Gürcüstan Daxili İşlər Nazirliyinin açıqlamasına görə, qarşıdurmada üç polis əməkdaşı xəsarət alıb, stadionun oturacaqlarına ziyan dəyib. Polis ictimai təhlükəsizliyi təmin etmək üçün xüsusi vasitələrdən istifadə edib. İnsidentə görə təxminən 30 dəqiqə dayandırılan oyun bərpa olunub və “Beşiktaş” 2:1 hesabı ilə qalib gəlib.
Əsas mənbə: APA
