Vətənim Media xəbər verir ki, ötən gün ölkə ərazisində qeydə alınan 51 cinayət açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin APA-ya verdiyi məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin də açılması təmin olunub.
Axtarışda olan 107 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onların 81-i borclu şəxs qismində axtarışda olub. Polis narkotiklərlə bağlı 22, qanunsuz saxlanılan silah-sursatla bağlı isə 6 fakt müəyyən edib. Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.
Əsas mənbə: APA
