Tiranada tələbələrin etirazı polislə toqquşmaya çevrilib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Tiranada tələbələrin etirazı polislə toqquşmaya çevrilib

Vətənim Media xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada Baş nazir Edi Ramanın istefasını tələb edən tələbələrin aksiyası zamanı nümayişçilərlə polis arasında toqquşma olub. APA-nın “Reuters”ə istinadən yaydığı məlumata görə, etirazçılar polisə daş və “Molotov” kokteylləri atıblar.

Polis nümayişçilərə qarşı su şırnaqlarından, gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib. Etirazlar oktyabrın ortalarından hökumətdə korrupsiya, iş yerlərinin çatışmazlığı və təhsilin aşağı səviyyəsi ilə bağlı narazılıqlar zəminində başlayıb, sonradan Tiranadan başqa şəhərlərə də yayılıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗