Prezident İlham Əliyev albaniyalı həmkarını təbrik edib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Prezident İlham Əliyev albaniyalı həmkarını təbrik edib

Vətənim Media xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Albaniya Respublikasının Prezidenti Bayram Beqaya milli bayram münasibətilə təbrik məktubu ünvanlayıb.

Məktubda Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub. İlham Əliyev siyasi, iqtisadi, enerji və mədəni sahələrdə əməkdaşlığın gələcəkdə də dərinləşəcəyinə əminliyini bildirib.

Prezident Bayram Beqaya cansağlığı və uğurlar, Albaniya xalqına isə əmin-amanlıq və firavanlıq arzulayıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗