Vətənim Media xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, Tovuz rayonunun Vahidli kəndində sel sularının toplandığı ərazidə torpaq sürüşməsi baş verir. Kənd iki hissədən ibarətdir.
Sürüşmə qəbiristanlığa və yaşayış ərazilərinə aparan yolun yaxınlığındadır. Ərazinin bir neçə yerində çatlar yaranıb. Tovuz Rayon İcra Hakimiyyəti problemin aradan qaldırılması istiqamətində addımlar atılacağını bildirib.
Əsas mənbə: APA
