Mənbə: Prezident.az
XƏBƏRLƏR Qəbullar İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib 03 sentyabr 2026, 11:10 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də ATƏT Parlament Assambleyasının prezidenti Pere Joan Pons Sanpietronu qəbul edib. Qonaq ATƏT məkanında mövcud münaqişələrdən birinin həll olunduğunu və regionda davamlı sülhün təmin edildiyini deyərək, bu xüsusda dövlətimizin başçısını Azərbaycanla Ermənistan arasında sülh gündəliyində qazanılmış nailiyyətlər münasibətilə təbrik etdi. Təbriklərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı 30 ilə yaxın müddətdə münaqişənin həllinə məsul olan ATƏT-in Minsk qrupu tərəfindən danışıqlar prosesində hər hansı bir nəticənin əldə edilmədiyini və BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrin yerinə yetirilmədiyini təəssüflə vurğuladı. Prezident İlham Əliyev dedi ki, Azərbaycan özü münaqişəyə hərbi-siyasi vasitələrlə son qoyub, ərazi bütövlüyünü və suverenliyini təmin edib. Söhbət zamanı Avropanın bəzi parlament təsisatlarından fərqli olaraq, Azərbaycanın ATƏT Parlament Assambleyası ilə təmaslarından və siyasi dialoqdan məmnunluq ifadə edildi. ATƏT Parlament Assambleyasının gündəliyində də bütün ATƏT məkanına balanslı münasibətin nümayiş etdirilməsinin önəmi vurğulandı. Görüşdə mədəniyyətlərarası dialoqa toxunuldu, Azərbaycanın bu prosesdə rolu və töhfələri məmnunluqla qeyd edildi. ATƏT Parlament Assambleyasının prezidenti Bakıda keçirilən “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının əhəmiyyətinə toxunaraq, minalar probleminin ATƏT Parlament Assambleyasının gündəliyində də müzakirə olunduğunu bildirdi. Böyük ölçüdə şəkillər BÜTÜN YAZILAR XƏBƏRLƏR SƏNƏDLƏR VİDEOLAR ŞƏKİLLƏR BÜTÜN YAZILAR XƏBƏRLƏR SƏNƏDLƏR VİDEOLAR ŞƏKİLLƏR SƏNƏDLƏR Sərəncamlar 11 sentyabr 202617:22 Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı PDF yükləyin 11 sentyabr 2026, 17:22 SƏNƏDLƏR Sərəncamlar 11 sentyabr 202617:21 “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, azad rəqabət mühitini gücləndirmək, inhisarçılıq fəaliyyətini aradan qaldırmaq, biznes və investisiya imkanlarını genişləndirmək, milli iqtisadiyyatın dayanıqlı inkiş… 11 sentyabr 2026, 17:21 SƏNƏDLƏR Sərəncamlar 11 sentyabr 202617:20 F.R.Şəfiyevin Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Fərid Rauf oğlu Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədri təyin ed… 11 sentyabr 2026, 17:20 SƏNƏDLƏR Fərmanlar 11 sentyabr 202617:19 Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 22 iyul tarixli 731 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 22 iyul tarixli 731 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm M… 11 sentyabr 2026, 17:19 SƏNƏDLƏR Müraciətlər 10 sentyabr 202614:24 Azərbaycanın yəhudi icmasına Hörmətli həmvətənlər! Sizi yəhudi xalqının əlamətdar bayramlarından olan Roş ha-Şana münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm. Azərbaycan tarixən müxtəlif sivilizasiyaların qovuşduğu məkan olmuş, burada ayrı-ayrı xalqların və etiqadl… 10 sentyabr 2026, 14:24 SƏNƏDLƏR Sərəncamlar 10 sentyabr 202614:23 Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı PDF yükləyin 10 sentyabr 2026, 14:23 SƏNƏDLƏR Sərəncamlar 10 sentyabr 202614:22 “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, ölkə əhalisinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, qida təhlükəsizliyi sisteminin səmərəliliyinin və şəffaflığının artırılması, onun beynəl… 10 sentyabr 2026, 14:22 SƏNƏDLƏR Fərmanlar 10 sentyabr 202614:21 “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı arasında “Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunda ağıllı, davamlı və inklüziv yaşayış məntəqələrinə doğru – Dayanıqlı şəhər inkişafı üçün inteqrə olunmuş ərazi planlaşdırması” layihəsinin icrası üçün Töhfə Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. 2026-cı il iyulun 15-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı arasında “Azər… 10 sentyabr 2026, 14:21 SƏNƏDLƏR Məktublar 10 sentyabr 202612:30 İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Zati-aliləri cənab İsmail Uld Şeyx Əhmədə Hörmətli cənab Baş katib, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, qarşıdakı məsul fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram. Azərbaycan İƏT ilə əməkdaşlığa xüsusi önəm verir və əlaqələrimizin bugünkü … 10 sentyabr 2026, 12:30 XƏBƏRLƏR Tədbirlər 10 sentyabr 202612:00 İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib 10 sentyabr 2026, 12:00 SƏNƏDLƏR Fərmanlar 10 sentyabr 202611:05 Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadə mexanizmlərinin təkmill… 10 sentyabr 2026, 11:05 SƏNƏDLƏR Məktublar 09 sentyabr 202612:00 Tacikistan Respublikasının Prezidenti Zati-aliləri cənab Emoməli Rəhmona Hörmətli Emoməli Şərifoviç, Tacikistan Respublikasının dövlət müstəqilliyinin 35 illiyi münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Ötən otuz beş il ərzində Sizin uz… 09 sentyabr 2026, 12:00 Digər yazılar
Orijinal xəbər: https://president.az/az/articles/view/73436

Bir cavab yazın