ŞƏHİDLƏRİMİZ

HƏMİŞƏ QƏLBİMİZDƏ

“Onlar Vətənə can verdilər,
biz onlara minnətdarıq!”

🇦🇿 Şəhidlərimizin xatirəsinə
ŞƏHİDLƏRİMİZ Vətən müharibəsinin qəhrəmanları Əbədi xatirəmizdə Şəhidlər ölmür, Vətən bölünməz!
🇦🇿 ŞƏHİDLƏRİMİZ
Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinə
BÜTÜN ŞƏHİDLƏRİN SİYAHISI →
🇦🇿 ŞƏHİDLƏRİMİZ

İlham Əliyev Çin Ali Xalq Prokurorluğunun Baş prokurorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Written by

in

Mənbə: Prezident.az

XƏBƏRLƏR Qəbullar İlham Əliyev Çin Ali Xalq Prokurorluğunun Baş prokurorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib 02 sentyabr 2026, 13:47 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə Şanxay şəhərinin prokuroru Çen Yong, Ciangsu əyalətinin prokuroru Çjao Tyeşi və Qansu əyalətinin prokuroru Şen Cian daxildir. Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi: -Xoş gəlmisiniz. Bilirəm ki, səfəriniz yekunlaşır. Siz Azərbaycana çox vacib səfər edirsiniz. Əminəm ki, səfəriniz çox uğurlu idi. Bu səfər münasibətlərimizin bütün sahələrdə daha da inkişafına xidmət edəcək. Ümid edirəm ki, siz ölkəmizdən xoş təəssüratlarla ayrılacaqsınız. Biz sizin səfərinizi strateji tərəfdaşlıq münasibətləri çərçivəsində çox əhəmiyyətli hesab edirik. Bildiyiniz kimi, aprel ayından etibarən Çin və Azərbaycan artıq hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərir. Ötən il ölkənizə dövlət səfərimdə mənə göstərilən qonaqpərvərliyi böyük minnətdarlıq hissi ilə xatırlayıram. Çin Xalq Respublikasının Sədri Si Cinpin və digər yüksəksəviyyəli rəsmilərlə müzakirələrim bir daha göstərir ki, hər iki ölkə bir-birini çox yaxşı dost hesab edir. Biz Çin şirkətlərində Azərbaycanda fəaliyyət göstərmək üçün böyük marağın olduğunu görməyə çox şadıq. Aprel ayından etibarən ölkələrimiz arasında fasiləsiz qarşılıqlı gediş-gəliş var. Çin şirkətləri həm investor, həm də podratçı qismində Azərbaycanda layihələrdə fəal iştirak edirlər. Bir çox vacib layihələr artıq icra olunub, lakin bir çoxları da icra mərhələsindədir. Əlbəttə ki, hər iki ölkənin suverenliyinə və ərazi bütövlüyünə güclü qarşılıqlı dəstəyi Çinin və Azərbaycanın beynəlxalq hüquq normalarına sadiq olduğunu əyani şəkildə göstərir. Dünən “ŞƏT plyus” formatında Bişkekdə keçirilən yüksəksəviyyəli görüşdə Sədr Si Cinpin hüquq normaları, davranış qaydaları, beynəlxalq münasibətlər, qlobal xəritədə hər bir ölkənin bərabər olması haqqında danışdı. Biz bu çox aydın baxışla tam razıyıq. Qarşılıqlı dəstək, bir-birinin daxili məsələlərinə qarışmama, dünya miqyasında hər bir ölkənin bərabər şəkildə təmsil olunması və qarşıdurmaya yox, əməkdaşlığa yönəlmiş siyasət bizim strategiyaya tamamilə uyğundur. Əlbəttə ki, əməkdaşlığımızın vacib seqmenti bağlantıdır. Sədr Si Cinpinin təşəbbüsü ilə həyata keçirilən “Bir kəmər, bir yol” layihəsi Azərbaycan tərəfindən tamamilə dəstəklənir. Biz bunu təkcə bəyanatlarla deyil, praktiki addımlarla göstəririk. Bu gün Mərkəzi Asiya, Azərbaycan və Çin arasında bağlantı qlobal əməkdaşlığın, təhlükəsizliyin mühüm amilidir. Keçən ay mən Mərkəzi Asiyanın iki ölkəsinə dövlət səfəri etdim. Növbəti ay mən Mərkəzi Asiyanın üçüncü bir ölkəsini ziyarət edəcəyəm və əlbəttə ki, bizim danışıqların mühüm hissəsi bağlantı mövzusudur. Burada Çin yüklərin həcmi nöqteyi-nəzərindən əsas oyunçudur. Biz sizin birbaşa məsul olduğunuz sahədə əməkdaşlıq və güclü tərəfdaşlıq üçün böyük potensial görürük. Mən şadam ki, həmkarlarınızla danışıqlar aparmaq, ölkə ilə tanış olmaq və Azərbaycanı daha yaxından tanımaq üçün burada bir neçə gün keçirəcəksiniz. Nəhayət sonuncu məsələ dostluğun və qarşılıqlı etimadın əlaməti ilə bağlıdır. Bu da hər iki ölkəyə səfərlər üçün viza tələbinin aradan qaldırılmasıdır. İndi bizim vətəndaşlar hər hansı bir viza tələbi olmadan səyahət edə bilərlər. Bu da dostluğun çox mühüm əlamətidir. Sizə ən xoş arzularımı çatdırır, ölkənizə sağ-salamat qayıtmağınızı arzulayıram. X X X Sonra Çin Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonq çıxış edərək dedi: -Zati-aliləri, cənab Prezident İlham Əliyev. Mən Baş prokuror Kamran Əliyevin dəvəti ilə Azərbaycana səfərə gələn prokurorlardan ibarət Çin nümayəndə heyətinə rəhbərlik edirəm. Baş prokuror Kamran Əliyev bizim prokurorluq orqanları ilə mübadiləyə və əməkdaşlığa çox böyük önəm verir, dostluğu və əməkdaşlığı gücləndirmək üçün hər iki prokurorluq orqanlarını güclü təşviq edir. Bu səfərdə mən Azərbaycana gələn nümayəndə heyətinə rəhbərlik edirəm. Bu, iki lider arasında hərtərəfli strateji tərəfdaşlığın təşviqi məqsədilə mühüm ortaq anlaşmanı həyata keçirmək və iki ölkənin prokurorluq orqanları, məhkəmə sistemləri arasında əməkdaşlığı gücləndirmək üçün atılan konkret addımdır. İki gün əvvəl mən Milli Məclisin sədri Sahibə Qafarova, Baş prokuror Kamran Əliyev və Ali Məhkəmənin sədri İnam Kərimovla görüşdüm. Görüşlərimiz çox məhsuldar oldu. “ŞƏT plyus” formatında keçirilən tədbirdə iştirakınızdan sonra məni və nümayəndə heyətimi qəbul etmək üçün dəyərli vaxtınızı ayırmağınız məni məmnun edir. Mən buna görə Sizə prokurorluq orqanları adından və öz adımdan səmimi minnətdarlığımı ifadə etmək istəyirəm. Səfərdən əvvəl Sədr Si Cinpinə Azərbaycana səfər çərçivəsində nümayəndə heyətimizin tərəfinizdən qəbul olunacağı barədə məruzə etdim. Sədr Si Cinpin səmimi salamlarını və arzularını Sizə çatdırmağımı məndən xahiş etdi. Cənab Prezident, Çin və Azərbaycan səmimi dostlar, bərabərhüquqlu tərəfdaşlar və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq quran ölkələrdir. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev iki ölkə arasında dostluq münasibətlərinin möhkəm təməlini qoyub. İki ölkə arasında diplomatik münasibətlər qurulduqdan sonra hər iki ölkə qarşılıqlı hörmət, ədalət, bərabərlik və əməkdaşlıq prinsiplərinə, həmçinin qarşılıqlı faydaya əsaslanan münasibətlərə sadiq qalaraq, dərin dostluğun və qarşılıqlı etimadın formalaşmasına nail olub. Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Sədr Si Cinpinə çatdırmağı xahiş etdi. Böyük ölçüdə şəkillər BÜTÜN YAZILAR XƏBƏRLƏR SƏNƏDLƏR VİDEOLAR ŞƏKİLLƏR BÜTÜN YAZILAR XƏBƏRLƏR SƏNƏDLƏR VİDEOLAR ŞƏKİLLƏR SƏNƏDLƏR Sərəncamlar 11 sentyabr 202617:22 Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı PDF yükləyin 11 sentyabr 2026, 17:22 SƏNƏDLƏR Sərəncamlar 11 sentyabr 202617:21 “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, azad rəqabət mühitini gücləndirmək, inhisarçılıq fəaliyyətini aradan qaldırmaq, biznes və investisiya imkanlarını genişləndirmək, milli iqtisadiyyatın dayanıqlı inkiş… 11 sentyabr 2026, 17:21 SƏNƏDLƏR Sərəncamlar 11 sentyabr 202617:20 F.R.Şəfiyevin Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Fərid Rauf oğlu Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədri təyin ed… 11 sentyabr 2026, 17:20 SƏNƏDLƏR Fərmanlar 11 sentyabr 202617:19 Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 22 iyul tarixli 731 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 22 iyul tarixli 731 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm M… 11 sentyabr 2026, 17:19 SƏNƏDLƏR Müraciətlər 10 sentyabr 202614:24 Azərbaycanın yəhudi icmasına Hörmətli həmvətənlər! Sizi yəhudi xalqının əlamətdar bayramlarından olan Roş ha-Şana münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm. Azərbaycan tarixən müxtəlif sivilizasiyaların qovuşduğu məkan olmuş, burada ayrı-ayrı xalqların və etiqadl… 10 sentyabr 2026, 14:24 SƏNƏDLƏR Sərəncamlar 10 sentyabr 202614:23 Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı PDF yükləyin 10 sentyabr 2026, 14:23 SƏNƏDLƏR Sərəncamlar 10 sentyabr 202614:22 “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, ölkə əhalisinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, qida təhlükəsizliyi sisteminin səmərəliliyinin və şəffaflığının artırılması, onun beynəl… 10 sentyabr 2026, 14:22 SƏNƏDLƏR Fərmanlar 10 sentyabr 202614:21 “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı arasında “Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunda ağıllı, davamlı və inklüziv yaşayış məntəqələrinə doğru – Dayanıqlı şəhər inkişafı üçün inteqrə olunmuş ərazi planlaşdırması” layihəsinin icrası üçün Töhfə Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. 2026-cı il iyulun 15-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı arasında “Azər… 10 sentyabr 2026, 14:21 SƏNƏDLƏR Məktublar 10 sentyabr 202612:30 İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Zati-aliləri cənab İsmail Uld Şeyx Əhmədə Hörmətli cənab Baş katib, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, qarşıdakı məsul fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram. Azərbaycan İƏT ilə əməkdaşlığa xüsusi önəm verir və əlaqələrimizin bugünkü … 10 sentyabr 2026, 12:30 XƏBƏRLƏR Tədbirlər 10 sentyabr 202612:00 İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib 10 sentyabr 2026, 12:00 SƏNƏDLƏR Fərmanlar 10 sentyabr 202611:05 Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadə mexanizmlərinin təkmill… 10 sentyabr 2026, 11:05 SƏNƏDLƏR Məktublar 09 sentyabr 202612:00 Tacikistan Respublikasının Prezidenti Zati-aliləri cənab Emoməli Rəhmona Hörmətli Emoməli Şərifoviç, Tacikistan Respublikasının dövlət müstəqilliyinin 35 illiyi münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Ötən otuz beş il ərzində Sizin uz… 09 sentyabr 2026, 12:00 Digər yazılar

Orijinal xəbər: https://president.az/az/articles/view/73427

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir