Mənbə: Prezident.az
XƏBƏRLƏR Qəbullar İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib 02 sentyabr 2026, 14:20 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitro Şlapaçenkonu qəbul edib. Dmitro Şlapaçenko etimadnaməsini dövlətimizin başçısına təqdim etdi. Ölkəmizlə BMT arasında əlaqələrə toxunan Prezident İlham Əliyev Azərbaycanda COP29 və Ümumdünya Şəhərsalma Forumu kimi böyükmiqyaslı BMT tədbirlərinin keçirildiyini vurğuladı, bu il də BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə Mədəniyyətlərarası Dialoq Forumunun təşkil ediləcəyini dedi. Azərbaycanın BMT-nin vacib tərəfdaşı olduğunu və “orta güc” dövləti kimi bu qurumun mötəbər tədbirlərinə ev sahibliyi etdiyini vurğulayan Dmitro Şlapaçenko bu xüsusda Bakıda COP və Ümumdünya Şəhərsalma Forumunun təşkil olunduğunu xatırladı. O, bu gün Bakıda “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının keçirildiyini deyərək, ölkəmizdə BMT-nin İqlim Həftəsi tədbirinin də olacağını qeyd etdi. Dmitro Şlapaçenko Azərbaycanın BMT-nin müvafiq qurumlarının fəaliyyətinə verdiyi dəstəyi yüksək qiymətləndirdi. O, Azərbaycanın hazırda həyata keçirdiyi inkişaf proqramına BMT-nin də öz təcrübəsi ilə dəstək verməyə hazır olduğunu bildirdi, bu xüsusda Qarabağda və Şərqi Zəngəzurda postmünaqişə şəraitində aparılan böyükmiqyaslı işlərin vacibliyinə toxundu. Minalar problemini qeyd edən Dmitro Şlapaçenko BMT-nin bu məsələdə Azərbaycana dəstək verməyə və təcrübəsini bölüşməyə hazır olduğunu dedi. Dövlətimizin başçısı da işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən danışdı, ölkəmizin üzləşdiyi mina probleminin miqyasını qeyd etdi. Prezident İlham Əliyev bunun bərpa-quruculuq işlərinə mane olmasına baxmayaraq, Azərbaycanın minatəmizləmə sahəsində də ardıcıl fəaliyyətini davam etdirdiyini vurğuladı. Dmitro Şlapaçenko tezliklə Qarabağa səfər edəcəyini bildirdi, BMT Günü ilə əlaqədar Qarabağ Universitetində böyük bir tədbirin keçirilməsinin planlaşdırıldığını qeyd etdi. Görüşdə Cənubi Qafqaz regionunda transsərhəd çayların ekoloji mühitinin yaxşılaşdırılması və bu sahədə monitorinqlərin aparılması, Xəzər dənizinin suyunun azalması kimi ekoloji məsələlər də müzakirə olundu. Böyük ölçüdə şəkillər BÜTÜN YAZILAR XƏBƏRLƏR SƏNƏDLƏR VİDEOLAR ŞƏKİLLƏR BÜTÜN YAZILAR XƏBƏRLƏR SƏNƏDLƏR VİDEOLAR ŞƏKİLLƏR SƏNƏDLƏR Sərəncamlar 11 sentyabr 202617:22 Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı PDF yükləyin 11 sentyabr 2026, 17:22 SƏNƏDLƏR Sərəncamlar 11 sentyabr 202617:21 “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, azad rəqabət mühitini gücləndirmək, inhisarçılıq fəaliyyətini aradan qaldırmaq, biznes və investisiya imkanlarını genişləndirmək, milli iqtisadiyyatın dayanıqlı inkiş… 11 sentyabr 2026, 17:21 SƏNƏDLƏR Sərəncamlar 11 sentyabr 202617:20 F.R.Şəfiyevin Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Fərid Rauf oğlu Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi İdarə Heyətinin sədri təyin ed… 11 sentyabr 2026, 17:20 SƏNƏDLƏR Fərmanlar 11 sentyabr 202617:19 Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 22 iyul tarixli 731 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 22 iyul tarixli 731 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm M… 11 sentyabr 2026, 17:19 SƏNƏDLƏR Müraciətlər 10 sentyabr 202614:24 Azərbaycanın yəhudi icmasına Hörmətli həmvətənlər! Sizi yəhudi xalqının əlamətdar bayramlarından olan Roş ha-Şana münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm. Azərbaycan tarixən müxtəlif sivilizasiyaların qovuşduğu məkan olmuş, burada ayrı-ayrı xalqların və etiqadl… 10 sentyabr 2026, 14:24 SƏNƏDLƏR Sərəncamlar 10 sentyabr 202614:23 Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı PDF yükləyin 10 sentyabr 2026, 14:23 SƏNƏDLƏR Sərəncamlar 10 sentyabr 202614:22 “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, ölkə əhalisinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, qida təhlükəsizliyi sisteminin səmərəliliyinin və şəffaflığının artırılması, onun beynəl… 10 sentyabr 2026, 14:22 SƏNƏDLƏR Fərmanlar 10 sentyabr 202614:21 “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı arasında “Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunda ağıllı, davamlı və inklüziv yaşayış məntəqələrinə doğru – Dayanıqlı şəhər inkişafı üçün inteqrə olunmuş ərazi planlaşdırması” layihəsinin icrası üçün Töhfə Sazişi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. 2026-cı il iyulun 15-də Nyu-York şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı arasında “Azər… 10 sentyabr 2026, 14:21 SƏNƏDLƏR Məktublar 10 sentyabr 202612:30 İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Zati-aliləri cənab İsmail Uld Şeyx Əhmədə Hörmətli cənab Baş katib, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, qarşıdakı məsul fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram. Azərbaycan İƏT ilə əməkdaşlığa xüsusi önəm verir və əlaqələrimizin bugünkü … 10 sentyabr 2026, 12:30 XƏBƏRLƏR Tədbirlər 10 sentyabr 202612:00 İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib 10 sentyabr 2026, 12:00 SƏNƏDLƏR Fərmanlar 10 sentyabr 202611:05 Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadə mexanizmlərinin təkmill… 10 sentyabr 2026, 11:05 SƏNƏDLƏR Məktublar 09 sentyabr 202612:00 Tacikistan Respublikasının Prezidenti Zati-aliləri cənab Emoməli Rəhmona Hörmətli Emoməli Şərifoviç, Tacikistan Respublikasının dövlət müstəqilliyinin 35 illiyi münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Ötən otuz beş il ərzində Sizin uz… 09 sentyabr 2026, 12:00 Digər yazılar
Orijinal xəbər: https://president.az/az/articles/view/73428

Bir cavab yazın