Azərbaycana keçmək istəyən erməni saxlanıldı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Ermənistan vətəndaşı Henrik Agetsyan Azərbaycana keçərkən saxlanılıb
Bu barədə APA-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.
Məlumata görə, erməni əsilli 1954-cü il təvəllüdlü  Agetsyan Henrik Sayerbekoviç avqustun 7-də Sədərək istiqamətindən Naxçıvan Muxtar Respublikasına keçərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.
Beynəlxalq Qızıl Xaç Komitəsi ona baş çəkilməsi məqsədilə komissiya tərəfindən məlumatlandırılıb.
İctimaiyyətə əlavə məlumat veriləcək.
 Lalə

Vətənim Media Shorts

YouTube-da aç ↗