Sabirabadın kəndinə təbii qaz verilib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Sabirabadın Muradbəyli kəndinə ilk dəfə təbii qaz verilib. Bu barədə  SOCAR-dan məlumat verilib.

Kənddə 139 abonentin hər biri üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Hazırda rayonun Türkədi, Yolçubəyli, Zəngənə, Narlıq və Qasımbəyli kəndlərində tikinti-quraşdırma işləri davam etdirilir. Yaxın vaxtlarda həmin kəndlərə də təbii qazın verilişi təmin ediləcək.

Vətənim Media Shorts

YouTube-da aç ↗