“Aİ-92 markalı benzinin idxalını dayandırmışıq” – Abdullayev

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Azərbaycan Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsalın bərpa edilməsindən sonra Aİ-92 markalı benzinin idxalını dayandırıb.

 

Vətənim.info xəbər verir ki, bunu jurnalistlərə SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

 

Onun sözlərinə görə, NEZ-də təmir müddəti ərzində ölkəyə təqribən 30 min ton benzin idxal edilmişdi.

 

R.Abdullayev qeyd edib ki, hökumətin Aİ-92 benzinin idxalına tətbiq etdiyi gömrük rüsumlarına baxmayaraq, SOCAR bir neçə milyon dollaradək zərər görüb, çünki idxal olunan benzinin qiyməti onun daxili bazardakı dəyərindən iki dəfə çoxdur.

Vətənim Media Shorts

YouTube-da aç ↗