VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)“15 sentyabr – Bakının Zəfər salnaməsi”İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edibMüdafiə Nazirliyinin məlumatıİlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib“Ürəyimə od saldı, ətəyin geri çəkdi…” – İlham Qəhrəmanın bayatıları“Ah, heçliyin nə qədər formaları var…” – Xose Eçeqarayın “Böyük Qaleoto”suBalaca pişik – Furqan Əliyevin hekayəsiMəhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması özbək dilində“Sevginin coşqun mehrabı olan evim…” – Puerto-Rikolu ilk qadın şairdən şeirADMİU-da İncə və Sənət təqdim edildiParisdə Azərbaycan mətbəxi rəğbətlə qarşılandıŞeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans keçirildi“Qaya” ansamblından yeni layihə: “Arşın mal alan” fantaziyasıMətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirildi“Kurtlar Vadisi” qalmaqalı böyüyür — Həmin zabit Elçibəylə bir arada (FOTO)
18.09.2016 22:47 · gunaynovruz

İdmançılarımız tarix yazdılar

İspaniyanın Malaqa şəhərində cüdo üzrə gənclər arasında Avropa birinciliyində komanda yarışları keçirilib. Azərbaycan Cüdo Federasiyasından  verilən məlumata görə, Azərbaycan milli seçmə komandası bu mötəbər yarışda tarixi uğura imza atıb. Gənc cüdoçularımız Böyük…

İspaniyanın Malaqa şəhərində cüdo üzrə gənclər arasında Avropa birinciliyində komanda yarışları keçirilib.

Azərbaycan Cüdo Federasiyasından  verilən məlumata görə, Azərbaycan milli seçmə komandası bu mötəbər yarışda tarixi uğura imza atıb. Gənc cüdoçularımız Böyük Britaniya və Ukrayna yığmalarını məğlub edərək yarımfinala çıxıblar. Yarımfinalda Hollandiya cüdoçuları üzərində inamlı qələbə qazanan milli komandamız tarixində ilk dəfə olaraq Avropa birinciliyinin komanda yarışlarının finalında iştirak etmək hüququ əldə edib. Gürcüstan millisinə qarşı olan həlledici görüş gərgin və maraqlı idman mübarizəsi şəraitində keçib. Nəticədə güclü rəqibinə 2:3 hesabıyla uduzan millimiz komanda yarışlarında Avropa birinciliyinin gümüş medalını qazanıb.

Xatırladaq ki, yarışın ilk günündə Natiq Qurbanlı (55 kq) və Hidayət Heydərov (73 kq) Azərbaycan millisinə qızıl medal qazandırıblar.

Qeyd edək ki, 43 ölkədən 405 idmançının (229 oğlan, 176 qız) qatıldığı Avropa çempionatında milli komandamız 13 cüdoçu ilə (10 oğlan, 3 qız) təmsil olunub.