Vətənim Media xəbər verir ki, cari ilin üçüncü rübündə SOCAR Azərbaycandakı müəssisələrində istehsal olunan 657,4 min ton neft, neft-kimya və qaz-kimya məhsulunu xarici bazarlara ixrac edib.
Şirkətin APA-ya verdiyi məlumata görə, bu məhsulların ixracı əvvəlki göstərici ilə müqayisədə 2,8 faiz artıb. Həmin dövrdə SOCAR 1,6 milyon tondan çox neft və 632 milyon kubmetrə yaxın qaz emal edib.
Əsas mənbə: APA
