Bağlanan banklardan biri lisenziyasını bərpa etmək istəyir

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Azərbaycanda bağlanan banklardan biri lisenziyasını bərpa etmək istəyir.

“Dekabank” ASC-nin Müşahidə Şurası oktyabrın 7-də Bakı Apelyasiya Məhkəməsinə bankın bağlanması barədə qərardan şikayət edəcək.

Qeyd edək ki, bir müddət əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatası 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edərək bankın ləğvi və ADIF-in 24.07.2016-cı ildən etibarən bankın ləğvedicisi təyin edilməsini istəmişdi. Məhkəmə isə ərizəni təmin etmişdi.

Vətənim Media Shorts

YouTube-da aç ↗