VƏTƏNİM.MEDIA MÜSTƏQİL XƏBƏR PLATFORMASI
Vətənim Media
VƏTƏN • İNSAN • TARİX • SABAHAzərbaycanın xəbər, publisistika və milli yaddaş platforması
BAKI VAXTI--:--:--15.09.2026
HAVA • BAKI--°CYüklənir…
VALYUTA • AZNGÖZLƏNİLİR
USD
EUR
RUB
SON DƏQİQƏ
Ərdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdiKamran Bilalovun saxlanılma səbəbi bəlli olduAzərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı – FOTOLARAgentlik sədrinin müşaviri işdən çıxarıldı – FOTOPrezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi – FOTOLARƏrdoğan Azərbaycanı təbrik edib –İran ABŞ-ın daha bir PUA-sını vurduÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli olduHava yenidən pisləşir – XəbərdarlıqTanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu varUşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu – Valideynlər bunları bilməlidirAzərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb –Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdırHəbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı –Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib5 nəfərin öldüyü hadisədən tək o sağ çıxmışdı – Ailədəki 3-cü müəllim də vəfat etdiKamran Bilalovun saxlanılma səbəbi bəlli olduAzərbaycan İnvestisiya Holdinqi və L’İMAD strateji əməkdaşlıq sazişi imzaladı – FOTOLARAgentlik sədrinin müşaviri işdən çıxarıldı – FOTOPrezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi – FOTOLAR
01.11.2016 18:07 · gunaynovruz

Televizoru göstərməyənlərə daha bir XƏBƏRDARLIQ

“Azərbaycanda telekanalların rəqəmli yayıma keçidi ilə bağlı zəruri olan dekoderləri alarkən qurğunun HD formatını dəstəkləməsinə diqqət yetirilməlidir”. Bunu  açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) şöbə müdiri, professor İsa Məmmədov deyib. Onun…
“Azərbaycanda telekanalların rəqəmli yayıma keçidi ilə bağlı zəruri olan dekoderləri alarkən qurğunun HD formatını dəstəkləməsinə diqqət yetirilməlidir”.
Bunu  açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) şöbə müdiri, professor İsa Məmmədov deyib.
Onun sözlərinə görə, əhali dekoderləri 25-30 manata əldə edə bilər: “Qurğunun HD formatını dəstəkləməsinə diqqət yetirilməlidir. Çünki bir sıra kanallarda HD formatında verilişlər yayımlanır. İstifadəçilər özləri də aparatı qoşa bilərlər. Rəqəmsal yayımın üç – stasionar, daşınan və və mobil formaları var. Bunların hər üçündən istifadə etmək olar”.
İ.Məmmədov bildirib ki, bölgələrdə 135 rəqəmsal televiziya ötürücüsü (99 faiz) quraşdırılıb: “Dərələrdə və ucqar ərazilərdə yerləşən bəzi kəndlərdə rəqəmsal yayımı təmin etmək üçün 45 kiçik radioverici sifariş olunub. Həmin radiovericilər quraşdırıldıqdan sonra yayımın alınmasında problem qalmayacaq. Bakı və Abşeron yarımadasında isə 19 rəqəmsal televiziya ötürücüsü quraşdırılıb. Analoq yayım üçün isə 300-dən çox ötürücüdən istifadə olunurdu”.
Qeyd edək ki, bu gündən Bakı və Abşeron yarımadasında analoq yayım dayandırılıb. Bölgələrdə isə proses dekabrın 1-dən həyata keçiriləcək.