Goranboy sakini bıçaqlanıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Reportyor.az APA-ya istinadən xəbər verir ki, rayonun Dəyirmanlar kənd sakini, 1981-ci il təvəllüdlü Səmədov Ramin Rəsul oğlu sol qaşüstü nahiyənin və sağ əlin kəsilmiş deşilmiş yarası xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib.Vəziyyətinin normal olduğu bildirilir. R. Səmədovun dediyinə  görə, o, həmkəndlisi Abbas Xəlilov tərəfindən dava zamanı bıçaqlanıb.

Faktla bağlı Goranboy rayon Polis şöbəsində araşdırma aparılır.

Vətənim Media Shorts

YouTube-da aç ↗