Dollar FED sədrinin çıxışından sonra bahalaşır

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

Dollar, Fed sədri Janet Yellenin “faizi artırmaq üçün uzun müddət gözləməyin məqbul olmadığını” söyləməsinin ardından bahalaşıb və ABŞ xəzinə istiqrazlarının faizləri günün ən yüksək səviyyələrinə çıxıb.

“Marja” xəbər verir ki,  ABŞ-ın pul vahidinin 10 mühüm valyuta qarşısındakı dəyərini göstərən Bloomberg Dollar Spot İndeksi  0.3 qalxaraq  30 Yanvar bu yana ən yüksək səviyyəsinə, dollar/yen isə iki həftənin zirvəsinə çıxıb. Avro/dollar məzənnəsi isə 1.0570-in altına geriləyərək  bir ayın ən aşağı səviyyəsinə enib. ABŞ-ın 10 illik istiqrazlarının faizi altı faiz bəndi artaraq 2.50%-in üzərinə qalxıb. Dollar, ABŞ-da Trump-in himayəedici maliyyə siyasətlərinə bağlı gözləntilərin yenidən güclənməsi ilə də qalxır.

Avro/Dollar cütlüyü 16 Yanvarda 1.0561 səviyyəsinə qədər geriləmişdi.

Dollar/Yen cütlüyü 114.00 səviyyəsinin üzərinə yüksələrək 114.40- çatıb.

Vətənim Media Shorts

YouTube-da aç ↗