Ermənilər “Dəmir Günbəz”dən qorxuya düşüb: “Azərbaycana göndərilməsinin qarşısı alınmalıdır”

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

“Hay Dat” Erməni Milli Komissiyası  ABŞ Dövlət Departamentinə müraciət edib.

Turkustan.info-nun Cebhe.info-ya istinadən verdiyi məlumata görə, ermənilər ABŞ hökumətini İsrail tərəfindən “Dəmir Günbəz”  Amerika texnologiyasını Azərbaycana və üçüncü ölkəyə ötürülməsinin  qarşısını almağa çağırır.

Dövlət Departamentinin hərbi-siyasi bürosuna məktubda qeyd edilir ki, “Dəmir Günbəz”  ABŞ-ın bölgədədki maraqlaranı təhlükə altına alır və silahlanma yarışının yeni mərhələsinə çağırışdır. “Bu baxımdan, sövdələşmə  sülhün bərqərar edilməsi üzrə və bölgədə sabitliyə yönəlik səyləri  heçə endirir”– müraciətdə belə deyilir.

“Hat Dat” Komissiyası “Dəmir Günbəz”in satışına dair rəsmi protokollarla tanış olmaq istədiyini bildirib. Təşkilatın Vaşinqton bürosunun rəhbəri Aram Abramyanın imzası ilə göndərilən sənəddə “Dəmir Günbəz” sisteminin alınmasına dair fəal danışıqların  İsrailin baş naziri Benyamin Netanyahunun 2016-cı ilin dekabr ayında Azərbaycana səfəri zamanı başlandığı göstərilir.

Ermənistan mediasının yazdığına görə, ABŞ-ın “Raytheon” firması 2014-cü ildə  “Dəmir günbəz”a aid olan “Tamir” raketlərinin istehsalı ilə bağlı hərracda qalib gəlib. Müqavilənmin dəyəri  149.3 milyon dollar təşkil edib.

 

Vətənim Media Shorts

YouTube-da aç ↗