Ərdoğanı nar suyu ilə ZƏHƏRLƏMƏK istəyiblər

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

FETÖ əməliyyatı çərçivəsində həbs edilən Kahramanmaraş Lider İş adamları Dərnəyinin rəhbəri Mahir Keçə haqqında iddianamədə yer alan gizli şahidin ifadələri hər kəsi təəccübləndirib.

Türkiyə KİV-i xəbər verir ki, şahidin ifadəsində “Mahir Keçə 2010-cu ildə toplantılardan birində o dövrdə baş nazir olan Tayyib Ərdoğanın nar suyu içirilərək zəhərlənəcəyini söyləyib” dediyi ortaya çıxıb.

Qeyd edək ki, Mahir Keçə FETÖ üzvü olmaqda ittiham olunaraq avqustun 28-də saxlanılıb. Eyni zamanda, 17-25 dekabr çevriliş cəhdindən sonra dərnək üzvlərini iqtidara qarşı təşkilatlandırdığı məlum olub.(“Qafqazinfo”)

Vətənim Media Shorts

YouTube-da aç ↗