Novruz bayramında əfv olacaq

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)

“Ötən gün Əfv Komissiyanın iclası keçirilib. Komissiyaya  800-dən artıq müraciət daxil olub. Daxil olan müraciətlərin 150-nə baxılıb”.

Bunu jurnalistlərə açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid deyib.

O bildirib ki, baxılan müraciətlərin yarısına müsbət rəy verilib:

“Bu gün də komissiyanın iclası davam edəcək. Yaxın həftələrdə bütün müraciətlərə baxılacaq. Güman edirik ki, Prezident İlham Əliyev Novruz Bayramı ərəfəsində əfv fərmanı imzalayacaq”. (modern.az)

Vətənim Media Shorts

YouTube-da aç ↗